• cümə, 26 Aprel, 09:12
  • Baku Bakı 12°C

Politoloq: "Türkiyə və Azərbaycan ABŞ üçün vacib müttəfiqlərdir"

29.04.21 15:45 781
Politoloq: "Türkiyə və Azərbaycan ABŞ üçün vacib müttəfiqlərdir"
"Azərbaycan təhlükəsizlik məsələlərində ABŞ-ın etibarlı tərəfdaşıdır. Biz həmişə Ağ Ev administrasiyalarını bu məsələdə dəstəkləmişik, NATO-nun İraq, Əfqanıstan və hətta Kosovodakı missiyalarında iştirak etmişik”.
Kaspi.az xəbər verir ki, bu barədə siyasi analitikTofiq AbbasovABŞ qoşunlarının mayda Əfqanıstandan çıxarılmasının başlanmasını və bunun üçün tranzit dəhlizinin verilməsinin mümkünlüyünü şərh edərkən bildirib.
Ekspert, həmçinin Türkiyə ilə Azərbaycanın ABŞ üçün vacib müttəfiq olduğunu vurğulayıb.
"Amerika prezidentinin Azərbaycanın və Türkiyənin maraqlarına vurduğu zərbəyə gəldikdə isə, həqiqət budur ki, Baydenin qondarma "soyqırım”ı tanıması ilə bağlı sözləri tamamilə heç bir məna kəsb etmir və rəsmi şəxsin öz fikridir. Paşinyan, Koçaryan və başqa siyasətçilər "nəhayət ədalət qələbə çaldı” deyəndə, sadəcə "harada qələbə çaldı, nə dəyişdi?” sualını vermək istəyirsən. Bu, (ABŞ-dakı – red.) erməni seqmentinə sadə, şifahi bir avans idi. Bu şifahi dəstəyi maddiləşdirə biləcək mexanizm yoxdur. Amerikalılar Ermənistana tərəf bu cür addımlar atacaq qədər axmaq deyillər”, – o bildirib.
"Eyni zamanda, ABŞ-ın Ermənistandakı səfiri bildirib ki, Türkiyə ilə ABŞ arasında münasibətlərdə heç bir dəyişiklik olmayacaq və ola bilməz, çünki onların müttəfiqlik əlaqələri var və ikisi də NATO-ya üzvdürlər. Baydenin açıqlaması erməni xalqının və diasporasının zehniyyətindən başqa heç nəyi dəyişmir. Məsələ ondadır ki, xaricdəki erməni diasporasının nümayəndələri Ermənistan Respublikasında yaşayan erməni xalqını öz maliyyə, siyasi və imic kapitalları üçün alətə çeviriblər”, – T.Abbasov qeyd edib. (Report)
banner

Oxşar Xəbərlər