• şənbə, 27 Aprel, 07:04
  • Baku Bakı 12°C

Nazir: “Azərbaycan üçtərəfli bəyanatlarla bağlı bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir”

30.04.21 13:47 576
Nazir: “Azərbaycan üçtərəfli bəyanatlarla bağlı bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir”
"Üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan tərəfi bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir və noyabrın sonunda hərbi əsirlərin mübadiləsi başa çatıb: "Ötən il noyabrın sonunda xüsusi əməliyyat nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni keçən 62 nəfər tutulub. Onların əməlləri ilə bağlı araşdırmalar davam edir. Onların əməllərinə hüquqi qiymət veriləcək. Bütün bunlar litvalı nazirin diqqətinə çatdırılıb”.

banner

Oxşar Xəbərlər