• cümə, 26 Aprel, 16:21
  • Baku Bakı 23°C

Litva XİN başçısı: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”

30.04.21 13:54 597
Litva XİN başçısı: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”
"Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”.
APAxəbər verir ki, bunu Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Gabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Litvalı nazir bildirib ki, ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün potensial böyükdür: "Azərbaycan Litvanın Qaqzada ən böyük ticarət tərəfdaşıdır. Aİ ilə Azərbaycan arasında siyasi müstəvidə əməkdaşlığın genişlənməsinin tərəfdarıyıq”.

Gabrielius Landsbergisin sözlərinə görə, münaqişədən sonrakı vəziyyətlə tanış olub: "Kənardan baxanda daxildə olanları başa düşmək asan deyil. Avropa qurumlarının iştirakı üçün imklanlar var. Bu, proseslərin vasitəçiliyi ilə bağlıdır. Litva bu proseslərə dəstək verməyə hazırıdr”.
banner

Oxşar Xəbərlər