• bazar ertəsi, 26 may, 09:08
  • Baku Bakı 18°C

Karaqanda hadisələrində şübhəli bilinən Ermənistan vətəndaşı Rusiyada saxlanılıb

09.01.19 17:24 569
Karaqanda hadisələrində şübhəli bilinən Ermənistan vətəndaşı Rusiyada saxlanılıb
Qazaxıstanın Karaqanda şəhərində Yeni il gecəsi baş vermiş qətli törədənlərdən biri Rusiyada saxlanılıb.
Trend-in məlumatına görə, qətldə şübhəli bilinən və son günlər axtarışda olan Ermənistan vətəndaşı Qururyan saxlanılıb.
Hazırda onun Qazaxıstana ekstradisiyası məsələsi müzakirə olunur.
Qeyd edək ki, yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan "Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qeyd etmək üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra mübahisə restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.
banner

Oxşar Xəbərlər