bazar ertəsi, 02 oktyabr, 11:10

Baku Bakı 18°C

İlham Əliyev: “Getdikcə daha çox Avropa ölkəsi Azərbaycanla fəal əməkdaşlıq edir”

icon 507 icon 31 may 2023 | 11:45 İlham Əliyev: “Getdikcə daha çox Avropa ölkəsi Azərbaycanla fəal əməkdaşlıq edir”

“Getdikcə daha çox Avropa ölkəsi Azərbaycanla fəal əməkdaşlıq edir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

“Fəxr edirik ki, Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmiləri Azərbaycanı etibarlı tərəfdaş adlandırırlar və qeyd etməliyəm ki, bu, doğrudur”, - dövlət başçısı bildirib.

"Qeyd etdiyim kimi ötən ilin iyul ayında Aİ və Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Biz 2027-ci ilə qədər Aİ bazarına qaz tədarükünü iki dəfə artırmağı planlaşdırırıq. Bu, tamamilə realdır", - Prezident İlham Əliyev bildirib.