Heydər Əliyev Sarayına müvəqqəti direktor təyin olunub
Heydər Əliyev Sarayına direktor vəzifəsini icra edən təyin olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə direktor vəzifəsinin icrası baş direktorun birinci müavini Faiq Mirzəyevə müvəqqəti həvalə olunub.