• cümə, 26 Aprel, 21:54
  • Baku Bakı 22°C

Dövlət qulluqçularının dissertasiya müdafiə etməsi məqsədəuyğun hesab edilmir

28.04.21 19:30 991
Dövlət qulluqçularının dissertasiya müdafiə etməsi məqsədəuyğun hesab edilmir
"Müxtəlif vaxtlarda həm bizim ölkədə, həm də digər ölkələrdə müxtəlif rəhbər vəzifəli, o cümlədən hüquq-mühafizə orqanlarında çalışan şəxslərin, müxtəlif icra qurumlarının rəhbərlərinin alimlik və ya elmi dərəcə almaq üçün niyyətləri olub və bunu müəyyən yollarla həyata keçiriblər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri professor Famil Mustafayev deyib.
O bildirib ki, bunun üçün həmin şəxslər çalışdıqları sahədən ayrılsalar və ya digər sahədə öz fəaliyyətlərini davam etdirsələr, yalnız o halda onlara elmi ad, elmi dərəcə verilməsi məsələsinə baxıla bilər: "Ona görə də dövlət qulluğunda, onun xüsusi növlərində çalışan şəxslərin dissertasiya müdafiə etməsi və elmi dərəcə alması məsələsi biz tərəfdən məqsədəuyğun hesab edilmir. Burada müxtəlif kateqoriyalı dövlət qulluqçuları var”.
banner

Oxşar Xəbərlər