“Diplom haqqında arayış” elektron xidməti yeniləndi - Fotolar

"Elektron hökumət”
portalında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim edilən
"Diplom haqqında arayış"
adlı elektron xidmət yenilənib. Məlumat bazasına olunan əlavələrdən sonra ali məktəb
məzunları 2011-ci ildən bu günədək olan diplomları haqqında arayışı əldə edə
etmək imkanı qazanıblar.
Qeyd edək ki, indiyədək
"Diplom haqqında arayış" elektron xidməti 2012-2013-cü illərin məlumatını
özündə əks etdirirdi.
Bir neçə ildir ki,
portal istifadəçilərinin ixtiyarında olan adı çəkilən xidmətə istifadəyə
verildiyi tarixdən bu günədək 58 min 424 dəfə müraciət qeydə alınıb.
Elektron arayışda sənədin
nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, doğum tarixi, qəbul olduğu təhsil
müəssisəsinin adı, qəbul olduğu ixtisas, həmçinin bitirdiyi təhsil müəssisəsinin
adı, ixtisası, fakultə, təhsil pilləsi, təlim dili, təhsil müəssisəsinə daxil
olduğu və bitirdiyi illər, diplomun seriya nömrəsi, növü və s. məlumatlar öz əksini
tapır.
Xidmətdən istifadə etmək
üçün www.e-gov.az portalında
qeydiyyatdan keçmək lazımdır. İstifadəçilər arayışı əldə etmək üçün 2 üsuldan
istifadə edə bilər.
"Diplomun
Seriya və Nömrəsinə görə”
axtarışı seçən istifadəçi diplomun seriya nömrəsini, adının birinci hərfini,
soyadnın birinci hərfini və ata adının birinci hərfini sistemə daxil edib,
"Göstər" düyməsini seçməklə elektron arayışını əldə etmiş olacaq.
"FİN-ə
görə” axtarış düyməsini
seçdikdə isə sistemə heç bir məlumat daxil edilmir. Sistem qeydiyyatdan keçmiş
istifadəçini identifikasiya etdiyindən FİN nömrəsi avtomatik olaraq ekranda əks
olunur. Sadəcə "Göstər" düyməsini seçməklə diplom haqqında məlumatı
ekranda görmək mümkündür.
Qeyd edək ki, elektron arayışın aşağısında əks
olunan ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir və bu ştrix koddan
istifadə edərək arayışı qəbul edən təşkilat sənədin həqiqiliyini yoxlaya bilər.
Bunun üçün isə
portalın təqdim etdiyi "Elektron arayışların
yoxlanılması"
elektron xidmətinə daxil olaraq, arayışın ştrix kodunu qeyd etməklə elektron
arayışa yenıdən baxmaq imkanı vardır.



