• cümə, 26 Aprel, 20:24
  • Baku Bakı 22°C

Deputat: “Din xadimlərinin seçilməsi ciddi şəkildə həyata keçirilməlidir”

04.05.21 11:50 374
Deputat: “Din xadimlərinin seçilməsi ciddi şəkildə həyata keçirilməlidir”
"Din xadimlərinin seçilməsi hədsiz dərəcədə ciddi şəkildə həyata keçirilməlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, onlar İslam aləminin daşıyıcılarıdır: "Biz bəzən yas mərasimlərində elə cahil mollalar görürük ki, adam utanır. Hamı da məcburdur ki, yas mərasiminin sahibinə hörmət üçün sakit dayansın. Xahiş edirəm, din xadimləri ictimaiyyət adamları, bölgələrin tanınmış insanlarının iştirakı ilə seçilsin. Belə olarsa, əxlaqımıza zidd hadisələr də baş vernəz”.

banner

Oxşar Xəbərlər