AZE | RUS | ENG |


Corc Oruel BBC-yə qayıtdı

Corc Oruel BBC-yə qayıtdı
Dünya ədəbiyyatının nəhənglərindən "1984” və "Heyvanıstan” əsərlərinin müəllifi Corc Oruel həm də jurnalist və naşir olub. "BBC”-də yer alan xəbərə görə, yazar iki ildən çox burada işləyib. Müharibə illərində İngiltərə hökumətinin nəzarəti altında fəaliyyət göstərən radionun Hindistan və qonşu ölkələr qoluna Oruel nəzarət edib. Dəfələrlə jurnalistlərin vəziyyətinin ağırlığından şikayət etsə də, bir nəticə əldə etməyib. Nəhayət, 1943-cü ildə iş şəraitinin dözülməz olması və işçi hüquqlarının tapdanması səbəbləri ilə istefa verib və istefasını belə açıqlayıb: "Nəticə əldə etmədiyimiz işlərlə əlləşib öz zamanımı və xalqın pulunu boş yerə xərcləyirəm”.
Ötən il isə BBC-nin əsas binası önünə Corc Oruelin heykəlinin qoyulması məsələsi gündəmə gəldi. Lakin radio rəhbəri Mark Tompson Orueli "qatı solçu” kimi damğalayaraq, bu təklifi birmənalı rədd etmişdi. Lakin İngiltərə İşçi Partiyasının üzvü, millət vəkili Canet Uaytikerin təkidləri və israrlı mübarizəsi öz müsbət nəticəsi verdi. Adı hələ də açıqlanmayan bir şəxs tərəfindən heykəlin hazırlanması üçün lazım olan bütün xərclər qarşılanıb. BBC-nin idarə heyətinin başına cari ilin yanvar ayında keçmiş Robert Sitter də məsələyə müsbət cavab verib: "Corc Oruel XX əsrdə BBC üçün çalışan öncüllərdən biri olub. Onun jurnalist irsi BBC-nin arxivində hələ də qorunur. Artıq onun heykəli açıq havada layiq olduğu yerdə duracaq. Buradan keçən hamıya jurnalistikanın mahiyyətini, əhəmiyyətini xatırladacaq”.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008