• şənbə, 27 Aprel, 15:34
  • Baku Bakı 27°C

Türkiyə mediası: Azərbaycan torpaqlarını işğaldan azad etməklə ilin hadisəsini yaradıb

01.01.21 19:25 1254
Türkiyə mediası: Azərbaycan torpaqlarını işğaldan azad etməklə ilin hadisəsini yaradıb
Türkiyə mediası: Azərbaycan torpaqlarını işğaldan azad etməklə ilin hadisəsini yaradıb
Otuz ildir işğal atında olan torpaqlarını düşməndən azad etməklə Azərbaycan ilin hadisəsini yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi bir zəfər qazanıb.
AZƏRTACxəbər verir ki, bu fikirlər ötən ilin yekunları ilə bağlı Türkiyə kütləvi informasiya vasitələrinin yaydığı materiallarda ifadə olunmaqdadır.
Ölkənin aparıcı media qurumlarından olan TRT Haber telekanalı mövzu ilə bağlı yanvarın 1-də xüsusi reportaj yayımlayıb. Reportajda Ermənistanın işğalçılıq siyasəti və onun yaratdığı acılar, Azərbaycanın inkişaf strategiyası, ölkəmizin Milli Ordu quruculuğundakı böyük uğurları, nəhayət təcavüzkar tərəfin təxribatları ilə başlanan Vətən müharibəsinin böyük zəfərlərə yol açması və qələbəni şərtləndirən səbəblər barədə müfəssəl məlumat verilib.
Reportajda ötən ilin hadisəsi kimi dəyərləndirilən proseslərə dair nadir vedeomateriallar təqdim olunub. Həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük tarixi "Dəmir yumruq” əməliyyatının nəticələri ilə bağlı çıxışlarına, xalqa müraciətlərinə geniş yer ayrılıb.

banner

Oxşar Xəbərlər