• şənbə, 27 Aprel, 11:56
  • Baku Bakı 12°C

COP29 üçün “gənc iqlim səfirləri” hazırlanır

24.02.24 00:08 3152
COP29 üçün “gənc iqlim səfirləri” hazırlanır

Meksikadan 35 nəfər gəncin seçilməsi üçün xüsusi proqram həyata keçirilir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası noyabrın 11-22-də Bakıda baş tutacaq. 

Meksikanın Xarici İşlər Nazirliyi, UNİCEF tərəfindən Latın Amerikasının İqlim Reallığı layihəsi çərçivəsində Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Meksikadan 35 nəfər gəncin seçilməsi üçün İqlim Məsələləri Üzrə “Gənc İqlim Səfirləri” proqramı həyata keçirilir. “Trend” xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məqsəd daha çox icmaya müraciət etməkdir

Qurum Bakıda keçiriləcək COP29-da iştiraka görə, meksikalı gənclərin 35 nümayəndəsini seçmək üçün “Gənc İqlim Səfirləri” proqramına start verib. Meksika Gənclər İnstitutu (IMJUVE), Milli Yerli İnstitutu (INPI) və Matias Romero İnstitutu (IMR) də bu proqramda iştirak edir.
“Dünyanın hazırda yaşadığı fövqəladə iqlim vəziyyətini nəzərə alaraq, proqram aktual məsələlərdə gənclərin daha müxtəlif və inklüziv təmsilçiliyinə nail olmaq məqsədi ilə daha çox icmaya müraciət etmək məqsədi daşıyır. Bu icmaların iştirakı iqlim ədalətinə maneələrin aradan qaldırılması və unikal şəraitin təmin edilməsi üçün vacibdir”, - bəyanatda deyilir.

Gənclərə dərin təlimlər keçiriləcək

Latın Amerikası İqlim Reallığı Layihəsi və məsul qurumlar gənclərə iqlim dəyişikliyinin həlli üçün uyğunlaşma, təsirlərin azaldılması və tətbiqi alətləri, həmçinin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq danışıqlar üzrə dərin təlimlər keçirəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası noyabrın 11-22-də Bakıda keçiriləcək.

banner

Oxşar Xəbərlər