• çərşənbə, 25 Iyun, 08:36
  • Baku Bakı 15°C

Bu gecə ilk Qədr gecəsidir

19.04.22 15:15 1060
Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 19-dan 20-nə keçən gecəyə təsadüf edir.


Ramazan ayının ikinci Qədr gecəsi aprelin 21-də, üçüncüsü aprelin 23-də və sonuncusu aprelin 27-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (2 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.

 

banner

Oxşar Xəbərlər