AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işgüzar səfərə gəlib

Siyasət
13 Aprel 2021, 19:45 333
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Kaspi.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.