• şənbə, 27 Aprel, 02:39
  • Baku Bakı 14°C

"Bayden Türkiyənin güclənməsindən, müstəqil siyasət yürütməsindən çox narahatdır" - Deputat

25.04.21 17:00 862
"Bayden Türkiyənin güclənməsindən, müstəqil siyasət yürütməsindən çox narahatdır" - Deputat
"Amerika prezidenti Co Baydenin 1915-ci il hadisələrinə münasibətdə "soyqırım” ifadəsini işlətməsi ABŞ-ın qlobal maraqlarına ziddir. Bu, Türkiyə kimi strateji müttəfiq ilə münasibətlərə sağalmaz yara vuran hadisədir, o cümlədən "qırmızı xətt”in keçilməsi anlamındadır”.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatıElman Nəsirovdeyib.
E.Nəsirov bildirib ki, ABŞ-ın 46-cı prezidenti Co Bayden öz sələflərinin Türkiyə ilə münasibətlərin inkişafı yolunda atdığı addımlara kölgə salır: "Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Baydenin "soyqırım” ifadəsi işlətməsi ilə bağlı məsələyə münasibət bildirərkən bunu tarixi səhv adlandırıb. Eyni zamanda, belə bir addımın qəbuledilməz olduğunu söylədi. Qeyd etdi ki, bu addım regionda kövrək əməkdaşlıq mühitinə əngəllər yaradacaq. Hesab edirəm ki, bu cür çıxış Baydendən gözlənilirdi. O, dörd dəfə - 2011, 2014 və 2016-cı ildə iki dəfə - Türkiyədə səfərdə olub. Bayden Barak Obamanın dövründə vitse-prezident idi. Bu səfərlər göstərdi ki, o, təpədən dırnağa qədər ermənipərəst mövqedədir. Bayden Türkiyənin güclənməsindən, müstəqil siyasət yürütməsindən çox narahatdır, nigarandır. Təsadüfi deyil ki, bir müddət öncə, Bayden Türkiyə müxalifətinə müraciət etdi, əlaqə qurmağa hazır olduğunu bildirdi. Fikir verirsiniz, bu şəxsdə Ərdoğanın yürütdüyü siyasətə nə dərəcədə anti-patiya var. Baydenin addımı rəsmi Vaşinqton üçün ciddi baş ağrılarına səbəb olacaq. Bu, Türkiyənin xarici siyasət oriyentasiyasında müəyyən dəyişiklikləri şərtləndirə, Türkiyə-Rusiya, Türkiyə-Çin yaxınlaşması üçün şərait yarada bilər. Burada əsas məsuliyyət Co Baydenin üzərinə düşəcək. Belə bir addımın atılması Ermənistanda olan revanşistləri ümidləndirir, regiondakı kövrək əməkdaşlıq, sülh mühitinə arxadan zərbə kimi qiymətləndirmək mümkündür”.
Deputat vurğulayıb ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır: "Baydenin çıxışından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon açdı, dəstəyini ifadə etdi. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova türkiyəli həmkarı Mustafa Şəntopla telefon danışığı aparıb, Azərbaycan dövlətinin Türkiyənin yanında olduğunu bildirib. Ölkədəki siyasi partiyalar birgə bəyanatla çıxış etdilər. Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə dəstək bəyanatı yaydı. Azərbaycan ictimaiyyəti də birmənalı şəkildə mövqeyini ifadə etdi. Bayden bağışlanmaz səhvə imza atıb, məsələnin mahiyyətini yaxın zamanlarda daha çox dərk edəcək”.
banner

Oxşar Xəbərlər