Bakıda 20 nömrəli məktəb-liseyin yeni binasının açılışı olub
Sentyabrın 15-də Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub.
APA-nın məlumatına görə, prezidentİlham Əliyevvə birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.