Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) qəbul olunmuş tələbələrin sənəd qəbulu davam etdirilir - Fotolar

2017/2018-ci tədris ili üçün Bakı İdarəetmə və
Texnologiya Kollecinə (BİTKol) qəbul olunmuş tələbələrin qeydiyyatı uğurla
davam etdirilir.
Kollecin
Qəbul Komissiyasının sədri Rimma Musayevadanaldığımız məlumata görə, 2017/2018-ci tədris ili üçün BİTKol-a Ümumi orta (9
illik) təhsil bazasından qəbul olunmuş tələbələrin qeydiyyatı 9 avqust 2017-ci
il tarixdən başlayıb və 21 avqust tarixində başa çatıb. Kollecə qəbul olunan
abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün 3 nəfərdən ibarət
Qəbul Komissiyası yaradılıb. Qeydiyyat prosesi rahat və uğurla həyata keçirilib.
Birinci mərhələdə elan olunan yerlərin 83 faizi dolub və BİTKol-a qəbul olunan 298
tələbənin hamısı qeydiyyatdan keçib. Ümumi orta təhsil bazasından BİTKol-da Azərbaycan
və rus bölmələri üzrə 15 ixtisasın qəbulu aparılıb. Bunlar arxiv işi və
kargüzarlıq, mühasibat uçotu, bələdiyyə təsərrüfatının təşkili, kompüter
şəbəkələri (Azərbaycan və rus bölməsi üzrə), kompüter şəbəkələrinin və
hesablama texnikasının təmiri və servis xidməti (Azərbaycan və rus bölməsi
üzrə), avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı (Azərbaycan
və rus bölməsi üzrə), informasiyanın işlənməsinin və idarəetmənin
avtomatlaşdırılmış sistemləri (Azərbaycan və rus bölməsi üzrə), informasiya
texnologiyası sistemləri (Azərbaycan və rus bölməsi üzrə), poliqrafiya
istehsalatının texnologiyası, tikiş məmulatlarının texnologiyası, ətraf mühitin
qorunması və təbii ehtiyatlardan səmərəli istifadə, turist, mehmanxana
təsərrüfatının təşkili və idarə edilməsi, dizayn, geyimlərin modelləşdirilməsi
və konstruksiya edilməsi, zərgərlik məmulatları və bəzək əşyalarının
hazırlanması ixtisaslarıdır. Ümumi orta təhsil bazasından əlavə qəbul 06
sentyabr 2017 –cil tarixdən 13 sentyabr 2017-ci il tarixədək aparılacaq.

Qəbul Komissiyasının sədri Rimma Musayeva onu da
bildirib ki, 22 avqust 2017-ci il tarixdən tam orta (11 illik) təhsil
bazasından qəbul olunmuş tələbələrin
kollecə sənəd qəbulunun qeydiyyatına başlanılıb. Onun sözlərinə görə, tam
orta (11 illik) təhsil bazasından BİTKol-a rus və Azərbaycan bölmələri üzrə 7
ixtisasın qəbulu aparılır. Bunlar mühasibat uçotu, kompüter şəbəkələri, kompüter
şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti (Azərbaycan və
rus bölməsi üzrə), avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram
təminatı (Azərbaycan və rus bölməsi üzrə), informasiyanın işlənməsinin və
idarəetmənin avtomatlaşdırılmış sistemləri, informasiya texnologiyası
sistemləri, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
ixtisaslarıdır. Kollecə qəbul olunmuş abituriyentlər 31 avqust 2017-ci il
tarixədək müvafiq sənədlərini kollecə təqdim etməklə qeydiyyatdan keçməlidir. Əks
təqdirdə bu, onların müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi
qiymətləndirilir. Tam orta (11 illik) təhsil bazasından əlavə qəbul isə 8
sentyabr 2017-ci il tarixdən 13 sentyabr 2017-ci il tarixədək aparılacaq.

Kollecə qəbul olunmuş abituriyentlər və onların
valideynləri də öz təəssüratlarını bizimlə bölüşüblər. Bakı şəhər sakini Yelena Cəfərova oğlu Mixailin informasiya
kommunikasiya texnologiyalarına, kompüterə böyük maraq göstərdiyini, hətta
zərurət yarananda kompüterdəki nasazlıqların aradan qaldırılmasını, proqram
təminatını da özü etdiyini bildirdi. Valideynin sözlərinə görə, bu bacarığına
görə həmyaşıdları tez-tez Mixailə müraciət edir, onun yardımından
yararlanırlar. Mixail Cəfərov da bizimlə söhbətində anasının söylədiklərini
təsdiqləməklə yanaşı, imtahandan ümumilikdə 73 bal topladığını, BİTKol-la
maraqlandıqdan sonra gələcəkdə təhsilini davam etdirmək, yeni biliklər əldə
etmək üçün məhz bu kolleci seçdiyini dilə gətirdi.

Valideyn
İlham Məmmədov da oğlu Şahinləbirlikdə Qəbul Komissiyasına müvafiq sənədləri təqdim edirdilər. Şahin bizimlə
söhbətində qeyd etdi ki, özünün kompüterə, bu sahəyə aid olan ixtisasa, peşəyə
böyük marağı olub. Ona görə də imtahanda 90 bal toplayandan sonra BİTKol-un
"Kompüter şəbəkələri” ixtisasını seçib.
Ümumiyyətlə sənəd qəbulunda iştirak edən bütün valideynlər
və tələbələr qeydiyyat prosesindən razılıqlarını bildirib, səmimi, sadə və
rahat şəkildə sənədlərini təqdim edib, uğurla qeydiyyatdan keçdiklərini
söyləyiblər.
