• cümə, 29 Mart, 18:46
  • Baku Bakı 14°C

Astma ətraf mühitin qıcıqverici faktoruna qarşı tənəffüs yolunun həssaslığı nəticəsində yaranır

02.05.23 16:30 467
Astma ətraf mühitin qıcıqverici faktoruna qarşı tənəffüs yolunun həssaslığı nəticəsində yaranır

Dünyada ən çox yayılan astma tənəffüs yolunun xroniki iltihabı xəstəliyidir. Digər tənəffüs yolu, yəni bronxlarında darlıq əlaməti olan xəstəliklərdən fərqi qəflətən başlaması, müalicə ilə və bəzən də müalicə olunmadan yaxşılaşmasıdır. Xəstəlik özünü döş qəfəsində xırıltı, xışıltı, basqı hissi və daha çox quru öskürəklə büruzə verir. Astma xəstəliyinin yaranma səbəbləri müxtəlifdir. Bunların arasında genetik faktor birinci sırada dayanır. Xəstəliyin yaranmasında əsas səbəblərdən biri ətraf mühitin qıcıqverici faktoruna qarşı tənəffüs yolunun yüksək həssaslığıdır.

AZƏRTAC xəbər verir ki, pulmonoloq Əsəd Beydullayev xəstəliklə əlaqədar deyib: “Uşaq yaşlarında olan astma cinsi yetişkənlikdən sonra bəzi hallarda geriləyə bilir. Yaxud hamiləlikdən sonra astma xəstəliyi olanların üçdə birində yaxşılaşma müşahidə edilir. Hər halda orqanizmdə gedən hormonal dəyişiklərlə əlaqədar olan xəstəlik tam müalicə olunmur. Astma xəstəliyində iki hədəf izlənilir: nəzarət altında olanda və nəzarətsiz xəstələr. Xəstələri nəzarət altında olan hala gətirməyə çalışırıq ki, davamlı olaraq dərman qəbul etsin və özünü daha rahat hiss etsin. Astmanın müalicəsində istifadə olunan dərmanların mütəmadi qəbul edilməsi tövsiyə olunur. Xəstəliyin müalicəsində inhalyor və nəfəsə çəkilən dərmanlardan istifadə edilir. Əsas dərman olaraq steroidlərdən istifadə olunur, lakin həmin steroidlər damar yolu ilə və yaxud ağızdan oral olaraq qəbul edilən həblər kimi zərərli deyil. Xəstə onu tənəffüs yoluna çəkir və bunun fonunda özünü yaxşı hiss edir”.

Mütəxəssislər astma xəstəliyindən əziyyət çəkənlərə hər il sentyabr ayında qrip əleyhinə peyvənd edilməyi, sağlam həyat tərzi keçirməyi, artıq çəkidən azad olunmağı və ən başlıcası, zərərli vərdişlərdən uzaq durmağı məsləhət görürlər.

banner

Oxşar Xəbərlər