• şənbə, 20 Aprel, 03:57
  • Baku Bakı 15°C

ASAN könüllüləri ilə Xocəsən bələdiyyəsində görüş keçirilib

19.08.17 23:59 1293
ASAN könüllüləri ilə Xocəsən bələdiyyəsində görüş keçirilib
ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Xocəsən bələdiyyəsində görüş keçirilib. Görüşdə Xocəsən Bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Bələdiyyə sədrinin müavinləri, "İctimai-humanitar” sektorunun müdiri və ASAN könüllüləri iştirak ediblər.
İlk öncə ASAN könüllüləri Xocəsən bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib.
Ardınca ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Xocəsən Bələdiyyəsinin sədri Anar Abbasov bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib.
Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova bələdiyyələrdə yaradılmış "İctimai-humanitar” sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin "İctimai-humanitar” sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Daha sonra Xocəsən Bələdiyyəsinin "İctimai-humanitar” sektorunun müdiri Pərvanə Gözəlova 2016-cı ilin avqust ayından Xocəsən bələdiyyəsində yaradılan "İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib.
Təqdimatın ardınca gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb.
Sonda xatirə fotosu çəkdirilib.
banner

Oxşar Xəbərlər