Ali məktəblərə keçid balları açıqlanıb

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 2014-2015-ci il tələbə qəbulu müsabiqəsində III qrup üzrə ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Məlumatda bildirilib ki, I, II, IV qruplar üzrə isə tələbə olmaq istəyən abituriyentlər 250-dən aşağı bal toplamamalıdırlar.
Bundan başqa, bütün qruplar üzrə abituriyentlərin hər biri fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.
TQDK-dan verilən məlumatda o da qeyd olunub ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.