ADU-da “Dunçji” Çin bayramı qeyd olunub

Azərbaycan
Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Dunçji”
("Qışın zirvəsi”) adlı Çin bayramına həsr olunan tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi
İnstitutunun direktoru, professor Rafiq Abbasov "Dunçji” bayramının xüsusi fəlsəfəsi
haqqında danışaraq, onun Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət
daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən Konfutsi
İnstitutunun əməkdaşı Əfsanə Balayeva bu bayramın Çin mədəniyyətində böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıb.
Konfutsi İnstitutunun əməkdaşları
bayramın adət-ənənələrini, Dunçji əfsanələri və mərasimlərini, Dunçji simvolu
olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm
etdirdiyini izah ediblər.
Daha sonra Çin xalq mahnıları, ənənəvi
bambuk fleytada qədim Çin musiqisi səsləndirilib, Tayciçuan adlı sağlamlığı
inkişaf etdirən gimnastika hərəkətləri nümayiş etdirilib.
Sonda qonaqlar Tangyuanın - Xan
sülaləsi dövrünün məşhur həkiminin resepti ilə hazırlanan, ailənin birliyini, ənənəvi
pelmeni simvolizə edən düyüdən top şəklində hazırlanmış şirin şorbanı dadıblar.
