AZE | RUS | ENG |


Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına hazırlıq məsələləri müzakirə edilib

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına hazırlıq məsələləri müzakirə edilib
Sentyabrın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə "Üzeyir musiqi günü”nə və Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına hazırlıq məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə nazirliyin müvafiq şöbə və sektorlarının, teatr-konsert müəssisələrinin, muzeylərin rəhbərləri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Vəliyev çıxış edərək 18 sentyabr - "Üzeyir musiqi günü” haqqında məlumat verib. Diqqətə çatdırıb ki, bu əlamətdar gün 1995-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə təsis edilib və hər il milli musiqi bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2009-cu ildən isə Üzeyir Hacıbəylinin doğum günündə beynəlxalq musiqi festivalına start verilib. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festival ölkəmizin mədəni həyatında özünəməxsus yer tutur.
Diqqətə çatdırılıb ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrdə festivalla bağlı görüləcək bütün işlər əksini tapıb. Bununla bağlı qərargah yaradılıb və qərargahın üzvləri görüləcək işlərin həyata keçirilməsinə nəzarət etməlidir. Bundan əlavə, nazirliyin incəsənət, informasiya və ictimaiyyətlə əlaqələr şöbələri, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və digər əlaqədar təşkilatlara tədbirin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Ədalət Vəliyev bildirib ki, sentyabrın 18-dən 26-dək davam edəcək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna və İrandan musiqiçilər iştirak edəcək. Festivala Münxen Simfonik Orkestri (Almaniya), Novosibirsk Filarmonik Orkestri (Rusiya), Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri (Türkiyə), Gürcüstan xoru və digər tanınmış kollektivlər qatılacaq.
Sentyabrın 18-də ənənəvi olaraq Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və ulu öndər Heydər Əliyevin məzarları ziyarət ediləcək, Azərbaycan Milli Konservatoriyasının qarşısında musiqili proqram, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində "Güllələnmiş abidələr”in ziyarət edilməsi nəzərdə tutulur. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında mərasimlə davam edəcək. Sentyabrın 18-də axşam Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramı təqdim ediləcək.
Müşavirədə festival müddətində həyata keçiriləcək işlərlə bağlı Azərbaycan Bəstəkarlar İttifaqı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Uşaq Filarmoniyası və digər qurumlara tapşırıqlar verilib.
Qeyd olunub ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tədbirin təşkilinə nəzarəti həyata keçirməli, əhalinin məlumatlandırılmasını təşkil etməlidir. Şuşa Dövlət Musiqili Dram Teatrının bu tədbirlərdə daha fəal iştirakı təmin olunmalıdır. Festival ərəfəsində müvafiq təşkilatlarda Üzeyir bəyin yaradıcılığı, festivalın mahiyyəti barədə tədbirlərin keçirilməsinin vacibliyi də diqqətə çatdırılıb. Vurğulanıb ki, teatr-konsert müəssisələri "Üzeyir musiqi günü” və festival çərçivəsində görəcəkləri işlər barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir. Həmçinin Milli Kitabxanada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi ilə bağlı tapşırıq verilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007