• şənbə, 27 Aprel, 06:42
  • Baku Bakı 12°C

Zakir Həsənov erməni silahlı bölmələrinin təxribatları barədə amerikalı generalı məlumatlandırıb

17.12.16 12:43 855
Zakir Həsənov erməni silahlı bölmələrinin təxribatları barədə amerikalı generalı məlumatlandırıb
Müdafiə naziri, general-polkovnikZakir HəsənovAzərbaycanda səfərdə olan ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə ətraflı məlumat verib.
Bölgədə nüvə təhlükəsizliyinin gücləndirilməsi məsələsinə də toxunan Z.Həsənov vurğulayıb ki, bu, təkcə region üçün deyil, həm də dünya üçün ciddi bir problemdir.
Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən danışan Z. Həsənov qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən ABŞ-ın Nəqliyyat komandanı da ölkələrimiz arasında səmərəli hərbi əməkdaşlığı yüksək qiymətləndirib.
Tərəflər ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də müzakirə ediblər.
banner

Oxşar Xəbərlər