• çərşənbə axşamı, 16 aprel, 12:55
  • Baku Bakı 19°C

Yeniyetmələr üçün master-class təşkil edilib - Fotolar

14.07.16 11:55 1540
Yeniyetmələr üçün master-class təşkil edilib - Fotolar
Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin yeniyetmə və gəncləri üçün master-class təşkil edilib. "Birgə Yaradaq" layihəsi çərçivəsində keçirilən "Yaradıcı əllər” adlı layihəyə 13 iyul 2016-cı il tarixdən start verilib. Layihənin açılış günündə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, bu layihə bələdiyyənin 2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir. O, qeyd edib ki, başlıca məqsəd gənc nəslin peşə seçiminin istiqamətləndirilməsi, yaradıcı sənət növlərinin əxz edilməsi, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkilidir.

TədbirdəBinəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov bələdiyyə tərəfindən həyata keçirilən bu layihənin bələdiyyə-sakin, bələdiyyə-vətəndaş münasibətlərini daha da möhkəmləndirəcəyini vurğulayıb və layihə iştirakçılarına uğurlar arzulayıb.
Sonra master-classı aparacaq peşəkar mütəxəssis, bu sahədə böyük təcrübəsi olan, bir sıra sərgilərin iştirakçısı, eləcə də M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Bəyim Məmmədovaya söz verilib. B.Məmmədova deyib ki, bələdiyyə tərəfindən qəsəbə gənclərinin inkişafına yönələn belə bir təşəbbüs təqdirəlayiqdir. Onun sözlərinə görə, bu layihə gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılmasına xidmət edəcəkdir.
Rəsmi hissədən sonra yeniyetmələrlə master-classa start verilib.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılar lentlə, xırda muncuqlarla güllərin hazırlanmasını, eləcə də milçə ilə güllərin və papışın toxunmasını öyrənəcəklər. Master-class qəsəbə yeniyetmə və gənclərini əhatə etməklə bir ay müddətində davam edəcəkdir. Növbəti təlim 15 iyul 2016-cı il tarixdə baş tutacaqdır.


banner

Oxşar Xəbərlər