AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yazıçı Kristofer Tolkin 95 yaşında vəfat etdi

Yazıçı Kristofer Tolkin 95 yaşında vəfat etdi

Mədəniyyət
17 Yanvar 2020, 10:45 1548
Yazıçı Con Tolkinin oğlu Kristofer Tolkin 95 yaşında vəfat etdi.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Tolkin Beynəlxalq Cəmiyyəti "Twitter” səhifəsində məlumat yayıb. Son illəri yazıçı xanımı Beyli ilə Fransada yaşayırdı.

Kristofer Tolkin Britaniya yazıçısı, linqvist, şair, filoloq, Oksford Universitetinin professoru, "Hobbit və ya oraya və geriyə”, "Üzüklərin hökmdarı”, "Silmarillion” kimi macəra romanlarının müəllifi Con Tolkinin üçüncü oğludur. Atasının başa çatdırmadığı "Silmarillion” romanını tamamlaması ona şöhrət gətirib. Kristofer Tolkin də atası kimi uzun illər Oksford Universitetinin professoru olub.