• cümə, 26 Aprel, 06:37
  • Baku Bakı 12°C

Xocalı soyqırımı haqqında "Dəhliz" filmi çəkilib

10.02.17 17:05 1904
Xocalı soyqırımı haqqında "Dəhliz" filmi çəkilib
Xocalısoyqırımının 25-ci ildönümü ərəfəsində faciədən bəhs edən "Dəhliz" filmi nümayiş olunacaq.

APA-nın xəbərinə görə, filmin rejissoru Elmar Məlikovdur. Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş və ötən il premyerası Heydər Əliyev Mərkəzində təqdimatı keçirilən "Cəhənnəmi görmüş pilot” filminin rejissoru da Elmar Məlikov olub.

Filmin üzərində jurnalistlər Ceyhun Əsgərov və Vüsalə Məmmədova çalışıb.

Ekran əsərinin ssenarisi şahid ifadələri üzərində qurulub. Ermənilərin Xocalıda törətdiyi soyqırımı zamanı əsir düşən və xilas olan sakinlər deyirlər ki,Xocalısoyqırımı zamanı ermənilər dinc əhalinin oradan çıxması üçün bir dəhliz belə verməyib. Şahidlər bildirirlər ki, 13 yaşlı qızın dərisini soyan adam heç kimə sağ qalması üçün dəhliz verməzdi.

Xatırladaq ki, 1992-ci ildə fevral ayının 25-dən 26-a keçən gecə ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 76-sı uşaq 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
banner

Oxşar Xəbərlər