• cümə, 26 Aprel, 08:06
  • Baku Bakı 12°C

Xidmət rəisi: "Ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub"

14.01.21 11:21 331
Xidmət rəisi: "Ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub"
Ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub. 2019-cu ildə 404, 2020-ci ildə 52 belə müraciət olub.
APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qaçqın statusu əsasında yaşayanların sayında da 6 faiz azalma olub: "Bu şəxslərdən 42-si İran, 27-si Əfqanıstan, 5-i Liviya, 2-si Pakistan, 2-si Cənubi Afrikadan olub”.

banner

Oxşar Xəbərlər