• cümə, 26 Aprel, 08:16
  • Baku Bakı 12°C

Vyaçeslav Volodin: Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prosesinə kömək etmir

23.09.20 17:45 452
Vyaçeslav Volodin: Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prosesinə kömək etmir
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.
Trend-in məlumatına görə, görüş zamanı Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prosesinə kömək etmir.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.
banner

Oxşar Xəbərlər