AZE | RUS | ENG |


“Vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti” - Fotolar

“Vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti” - Fotolar
Xaləddin İsgəndərov: “Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni dövrünü yaşayır”

Binəqədi Rayon İcra Hakimiyyəti (BRİH) başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Hesabat yığıncağı prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi RİH-in illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.

Binəqədi RİH-in başçısı Xaləddin İsgəndərov prezident İ.Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2016-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq, il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Natiq çıxışında bildirib ki, artıq 25 ildir Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır: "Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, müstəqil  dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider H.Əliyevin müəyyənləşdirdiyi strategiyanın prezident İ.Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır”.

X.İsgəndərov bildirib ki, Binəqədi rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürüb, ölkə rəhbəri İ.Əliyevin diqqət və qayğısı nəticəsində rayon daha da çiçəklənib, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirilib.

Daha sonra hesabat yığıncağında Milli Məclisin deputatı Kəmaləddin Qafarov, 284 saylı orta məktəbin direktoru Nizami Novruzov, Prezident Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev çıxış edərək, prezident İ.Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən söhbət açıblar.

Şura iclasının qərar layihəsi və prezident İ.Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Binəqədi RİH başçısının sərəncamına əsasən rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi olub.

Hesabat yığıncağına Binəqədi RİH-in başçısı X.İsgəndərov yekun vuraraq bildirib ki, 2017–ci ildə də dövlət başçısı İ.Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və naliyyətlərimiz daha çox olacaqdır. Onun sözlərinə görə, ümummilli lider H.Əliyev tərəfindən təməli qoyulmuş və prezident İ.Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.



 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6580
GBP 1 İngilis funt sterlinqi 2.1594
TRY 1 Türk lirəsi 0.4777
KWD 1 Küveyt dinarı 5.6845
SEK 1 İsveç kronu 0.1936
EUR 1 Avro 1.8361
CHF 1 İsveçrə frankı 1.7253
USD 1 ABŞ dolları 1.7352