• cümə, 26 Aprel, 21:37
  • Baku Bakı 22°C

Venesuela prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

22.10.16 13:45 874
Venesuela prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib
Azərbaycana rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun rəsmi qarşılanma mərasimi olub.

APA-nln xəbərinə görə, meydanda Venesuela prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentiİlham Əliyevə raport verib.

Prezidentİlham ƏliyevVenesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronu qarşılayıb.


Venesuela və Azərbaycanın dövlət himnləri səslənib.


Prezidentİlham Əliyevvə prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Venesuela prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri prezidentİlham Əliyevə təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Prezidentİlham Əliyevvə Venesuela prezidenti Nikolas Maduro rəsmi foto çəkdiriblər.
banner

Oxşar Xəbərlər