• şənbə, 27 Aprel, 03:10
  • Baku Bakı 14°C

Uşaqlara qayğının bariz nümunəsi

08.08.20 13:30 524
Uşaqlara qayğının bariz nümunəsi
Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” uşaqlara dövlət qayğısının bariz nümunəsidir.
Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaötən gün parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı bildirib.
Komitə sədri qeyd edib ki, bu strategiyanın həyata keçirilməsi işinə dəstək vermək üçün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi də aidiyyəti dövlət qurumlarına təkliflər hazırlayır. Təkliflərin daha mükəmməl olması üçün Milli Məclisin digər komitələrinin üzvü olan deputatlar da öz fikirlərini təqdim edə bilərlər.
H.Hüseynova bildirib ki, koronavirus pandemiyası və bundan irəli gələrək dünya iqtisadi bazarlarında baş verən kəskin dalğalanmalar Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə də mənfi təsirini göstərməkdədir. Neftin qiymətinin bu dəfə kəskin surətdə aşağı düşməsi enerji bazarındakı qiymət savaşlarının nəticəsi olmaqdan əlavə, həm də daha çox koronavirus pandemiyası və onun ətrafında gedən proseslərin yaratdığı fəsadlarla bağlıdır. Onun yaratdığı fəsadlar gücləndikcə və problemlər dərinləşdikcə, dünya iqtisadiyyatında tənəzzül meyilləri, kataklizmlər də artır.
Bu ilin 6 ayının sosial-iqtisadi göstəriciləri artıq məlumdur. Açıqlanan statistik rəqəmlər üzərindən müəyyən təhlillərin aparılması zəruridir. Böhranlar dövründə vacib olan kəmiyyət deyil, keyfiyyət dəyişiklikləridir. Böhran zamanı iqtisadi rəqəmlərin azalması heç kəsdə təəccüb doğurmur və hətta gözləniləndir. Prezident İlham Əliyevin apardığı uğurlu və ehtiyatlı sosial-iqtisadi siyasət dünya iqtisadiyyatının böhranlı vəziyyətində belə az itkilərlə çıxmağa imkan verir. Azərbaycanın sosial–iqtisadi təhlükəsizlik siyasəti nəticəsində deyə bilərik ki, bu ilin birinci yarısının həddən artıq gərgin məqamlarının təcrübəsi mövcud valyuta ehtiyatlarının bir hissəsinin hesabına istənilən problemin qarşısını almaq və neftin qiyməti məqbul sayıla bilən həddə çatana qədər iqtisadi çətinliklərdən yayınmaq mümkün olduğunu göstərdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı qanunvericilik aktı kimi sosial–iqtisadi təhlükəsizliyin hüquqi bazasını təşkil edir. Bu istiqamətdə ən ümdə məsələ odur ki, qeyri–neft sektorunun inkişaf etdirilməsi iqtisadiyyatın əsas qayəsini təşkil etməlidir. Bu baxımdan, ümumi iqtisadi azalma fonunda əsas istehsal sahələrində artımın davam etməsi müsbət haldır. Belə ki, qeyri-neft sənayesi və kənd təsərrüfatında artım dinamikasının saxlanması istehsal, məşğulluq və iqtisadi təhlükəsizlik baxımından mühüm göstəricidir. Eyni zamanda, kənd təsərrüfatında məhsuldarlığın artması, yeni metodların özünü müsbət tərəfdən göstərməsi mühüm keyfiyyət göstəricisidir. Bununla yanaşı, belə şəraitdə kiçik və orta biznesin normal fəaliyyəti də çətinləşə bilər ki, bu da koronavirus pandemiyasının törətdiyi fəsadlarla paralel olaraq yüz minlərlə insanın həyat şəraitinə əlavə zərbə vurar. Əhalinin ödəmə qabiliyyətlinin aşağı düşməsi bazarın daralmasına və nəticədə daha az məhsul istehlakına gətirib çıxarar. Bu da kiçik və orta biznesə əlavə problemlər yarada bilər. Bu baxımdan, belə bir vaxtda hökumət nümayəndələrindən xahiş edirəm ki, kiçik və orta sahibkarlığın işinin asanlaşdırılmasına, onlara müəyyən güzəştlərin tətbiq olunmasına böyük ehtiyac vardır və bunu nəzərə alsınlar.
Deputat qeyd edib ki, o cümlədən qanun layihəsində irəli sürülən dəyişikliyə əsasən ailə kəndli təsərrüfatlarının üzvləri barədə məlumatların Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı” informasiya sistemindən əldə edilməsi təklif olunur. Eyni zamanda, ailə kəndli-fermer təsərrüfatlarının uçotunun təşkil edilməsi məqsədilə bələdiyyələr üçün vahid informasiya sisteminin də yaradılması təklif olunur. Bu təklif məqsədəuyğundur və düşünürəm ki, yeni qayda ilə aparılacaq uçot və hesabat dövründə müəyyən müddət üçün həmin şəxslərə rüsum və cərimələr tətbiq edilməməsi məqbul olardı.
banner

Oxşar Xəbərlər