• cümə, 26 Aprel, 21:03
  • Baku Bakı 22°C

Ukraynalı pilot: "Vertolyotdan hərbçilərin Xocalıda sağ qalanları necə öldürdüklərini gördüm"

26.02.17 20:45 761
Ukraynalı pilot: "Vertolyotdan hərbçilərin Xocalıda sağ qalanları necə öldürdüklərini gördüm"
"Mən bir peşəkar hərbçi kimi 25 il əvvəlXocalıda baş verənlərdən dəhşətə gəlmişdim".Bunu "Report"un Ukrayna bürosuna Xocalı hadisələrinin şahidi olan yerli pilot Leonid Kravets deyib.
"Bu qədər cəsədi gördüyümə inana bilmirdim. Vertolyotdan hərbçilərin sağ qalanları necə öldürdüklərini öz gözlərimlə gördüm. Dərhal uçdum və komandanlığa bu barədə məlumat verdim. Sonradan məmurlar gəldilər və onlara hər şeyi danışmağımı istədilər. Daha sonra mənimlə 6-7 jurnalisti çəkiliş aparmaq üçün ora göndərdilər, axı bu dəhşətə sözlə inanmaq mümkün deyildi", - deyə Leonid Kravets bildirib.
banner

Oxşar Xəbərlər