• çərşənbə axşamı, 19 mart, 13:44
  • Baku Bakı 8°C

Türkiyə Qafqaz Turizm Sərgisinə xüsusi hazırlaşıb

27.04.17 10:20 1563
Türkiyə Qafqaz Turizm Sərgisinə xüsusi hazırlaşıb
Aprelin 27-dən 29-dək Gürcüstanda 19-cu Qafqaz Turizm Sərgisi (Ekspo Georgia 2017) keçiriləcək. İştirakçı ölkələrdən olan Türkiyə sərgiyə mühüm yeniliklərlə gəlir.
Sərginin Türkiyə üzrə təşkilatıçısı, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyindən verilən məlumata görə, Türkiyə qonşu Gürcüstanda öz turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə milli mədəniyyət və incəsənətindən nümunələr təqdim edəcək.
Sərgidə Türkiyə stendini ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq ediləcək. Eyni zamanda, ziyarətçilərtəsbeh,ebru,çini (dulusçuluq),ipək toxumaustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olacaqlar. Bunun üçün xüsusi olaraq ebru ustası Yılmaz Eneş, təsbeh ustası Hüseyn Çelik, çini ustası Zərifə Məmmədova, ipək toxuma ustası Sevgi Yüksel Uzunöz sərgiyə dəvət olunub.
Bundan başqa sərgi ərzində Türkiyənin məşhur musiqi sənətçiləriMüzəffər ÖzdemirvəBirol Topaloğlununifasında hər gün canlı musiqi proqramları təqdim olunacaq. Həmçinin, Türkiyə ziyarətçilər arasında "Şans qutusu” lotereya oyunu keçirəcək.
Sərginin sonuncu günündə baş tutacaq çəkilişdə qutudan adı çıxan 2 nəfərə Tiflis-İstanbul aviabileti hədiyyə olunacaq. Habelə, Türkiyə Hava Yollarının xüsusi qonağı kimi sərgidə iştirak edəcək məşhur kino və teatr aktyoruMehmet UstaTürkiyə stendində sevənləri ilə görüşəcək.
Qeyd edək ki, sərgi çərçivəsində Türkiyə ilə Gürcüstanın turizm təşkilatı və şirkətləri arasında işgüzar görüş keçirilməsi planlaşdırılıb.
banner

Oxşar Xəbərlər