Tramp Şimali Koreyaya qarşı hərbi addımları istisna etməyib
ABŞ-ın Şimali Koreyaya qarşı hərbi addımları arzuolunmaz olsa da, mümkündür.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Küveyt əmiri Sabah əl Əhməd əl Cabir əs Sabahla birgə mətbuat konfransında ABŞ prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, Şimali Koreyanın nüvə sınaqları keçirməsi yolverilməzdir və bunu dayandırmaq gərəkdir.