Tramp Şimali Koreyanın son nüvə sınağına münasibət bildirib
ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın hidrogen döyüş başlığını sınaqdan keçirməsinə münasibət bildirib.
APA-nın məlumatına görə, D. Tramp "Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Şimali Koreya böyük nüvə sınağı keçirib.
D. Tramp Şimali Koreyanın sözlərinin və hərəkətlərinin ABŞ üçün çox təhlükəli və düşməncəsinə olduğunu vurğulayıb.