• şənbə, 20 Aprel, 12:19
  • Baku Bakı 23°C

Tibbi maskadan istifadəyə dövlət səviyyəsində diqqət edilir

06.06.20 15:15 496
Tibbi maskadan istifadəyə dövlət səviyyəsində diqqət edilir
Prezident İlham Əliyevin bölgələrə səfəri zamanı tibbi maskadan istifadə etməsi onu göstərir ki, bu məsələyə dövlət səviyyəsində diqqət edilir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, koronavirusa qarşı mübarizədə əsas vasitələrdən biri tibbi masklardan istifadə etməkdir:"Azərbaycanda hər bir vətəndaşın tibbi maska əldə etməsi üçün maksimum şərait yaradılıb. Ölkədə tibbi maska istehsal edən müəssisələrin açılması, xaricdən hazır maskaların gətirilməsi bu gün apteklərdə onu əlçatan edir. Ancaq çox təəssüf ki, cəmiyyətimizin bir hissəsi hələ də bu məsələyə soyuq yanaşır və koronavirusa yoluxan insanların əksəriyyətinin maska taxmayanlar olduğunu hələ də qəbul edə bilmirlər. Həmçinin, insanlar arasında sosial məsafənin qorunması da çox önəmlidir”.
Millət vəkili qeyd edib ki, artıq ölkədə hər gün yüzlərlə insan bu virusa yoluxur, düzdür, ölüm faizi aşağıdır, ancaq heç kəs bu virusdan sığortalanmayıb. Ona görə də, tibbi maska taxmaqla həm özümüzü, həm də yaxınlarımızı bu dəhşətli xəstəlikdən qoruya bilərik”.
banner

Oxşar Xəbərlər