AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Telman İsmayılovun ortağı həbs edildi

Telman İsmayılovun ortağı həbs edildi

Təfsilat
30 Avqust 2013, 15:58 1057
Moskva polisi azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “AST Qrup”un direktor və səhmdarlarından birini həbs edib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, adı çəkilməyən həmin şəxs bu ölkə ərazisində qeyri-leqal yaşayan 700-ə qədər Vyetnam vətəndaşının əməyindən sui-istifadə etməkdə ittiham olunur.

Həmin şəxsin vyetnamlıların yaşaması üçün şirkət adından anbarlar icarəyə götürdüyü deyilir. İttiham olunan şəxs miqrantları Rusiyaya qanunsuz gətirmək, onları yaşayışla təmin etməkdə günahlandırılır. Onların pasportları əllərindən alındığı üçün vətənlərinə dönə bilmirlər.