AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Məzunlara qızıl və gümüş medallar verildi - Siyahı

Məzunlara qızıl və gümüş medallar verildi - Siyahı

Cəmiyyət
19 Sentyabr 2020, 11:00 1082
Siyahıda Kaspi Liseyləri məzunlarının da adı var 
 
Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb. 

Təhsil Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub. 

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.
 
Qeyd edək ki, Qızıl medal alan məzunların siyahısında Kaspi Liseylərinin iki məzunu - Heydərova Nuranə Arif qızı və Hüseynov Əzizağa Fərid oğlunun da adları yer alıb.

Siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: