• şənbə, 27 Aprel, 00:09
  • Baku Bakı 14°C

Şeyx Əhməd Təmim: Azərbaycan multikultural dəyərlərin inkişafına görə tolerantlıq mərkəzinə çevrilib

03.09.17 13:10 1056
Şeyx Əhməd Təmim: Azərbaycan multikultural dəyərlərin inkişafına görə tolerantlıq mərkəzinə çevrilib
Azərbaycan multikultural dəyərlərin inkişafına görə Qərblə Şərqin tolerantlıq mərkəzinə çevrilib.
AZƏRTACxəbər verir ki, bu fikri Qurban bayramı münasibətilə Kiyev şəhərində keçirilən tədbirdə Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri, Ukrayna müftisi Şeyx Əhməd Təmim səsləndirib. O vurğulayıb ki, Azərbaycanda konfessiyalara yaradılan şərait digər ölkələr üçün örnəkdir.
Kiyev şəhərində yerləşən məscidin üzlük bəzək daşlarının Azərbaycandan gətirildiyini vurğulayan Şeyx Əhməd Təmim qeyd edib ki, Azərbaycan mədəni, dini, mənəvi dəyərlərin mərkəzinə çevrilib. İslam yaxud xristian dünyasında Azərbaycanın çox uğurlu layihələri reallaşdırılır. Bunlar uzaqgörən, strateji maraqlara hesablanmış layihələrdir.
"Azərbaycanın hər kəndində, qəsəbəsində məscidlər bərpa edilir. Bütün Qafqazda ən böyük məscid Bakıda inşa edilib. Bu da onu göstərir ki, Azərbaycan Prezidenti İslam dəyərlərinə, onun inkişafına böyük önəm verir. Bu gün dünya ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin timsalında nəcib, qayğıkeş və sülhpərvər dövlət başçısını görür. Azərbaycan multikulturalizmin ən bariz nümunəsini göstərir”, - deyə Şeyx Əhməd Təmim qeyd edib. O, həmçinin diqqətə çatdırıb ki, Ukraynada yaşayan azərbaycanlılar həmişə dini bayramlarımızda yaxından iştirak edirlər.
banner

Oxşar Xəbərlər