• cümə, 26 Aprel, 15:46
  • Baku Bakı 23°C

Serbiya XİN: Azərbaycanla viza sadələşdirilməsi barədə saziş imzalamağa hazırıq

26.12.16 13:30 772
Serbiya XİN: Azərbaycanla viza sadələşdirilməsi barədə saziş imzalamağa hazırıq
"Serbiya hökumətiAzərbaycanla ümumvətəndaş pasportu olan insanlar üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamağa hazırdır”.
Bu barədəAPA-nın sorğusuna cavab olaraq Serbiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Nazirlikdən bildirilib ki, 2011-ci il yanvarın 1-dən etibarən Serbiya hökuməti xidməti və diplomatik pasportları olan Azərbaycan vətəndaşlarından vizatələb etmir: "Serbiya hökuməti Azərbaycan tərəfi ilə ümumvətəndaş pasportu olan insanlar üçün də viza rejiminin sadələşdirilməsinə dair razılaşmaimzalamaqda maraqlıdır və buna hazırdır. Viza sadələşdirilməsinə dair növbəti addım Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə imzalanan razılaşmalar kontekstində atılacaq”.
Açıqlamada iki ölkənin Daxili İşlərnazirlikləri arasında 2010-cu ildə imzalanan, cinayətkarlığa qarşı mübarizəyə dair sazişə əsaslanan ikitərəfli əməkdaşlığındaha da təkmilləşdirilməsininzəruriliyi vurğulanıb: "Bunları nəzərə alaraq informasiya mübadiləsi zamanı əsas məqamların müəyyənləşdirilməsikonkret əməkdaşlıq modelininilk addımıdır. Bu, iki qurum arasında xüsusilə terrorçuluğa qarşı mübarizədə birbaşa və effektiv ünsiyyəti və əlaqəni mümkün edəcək".
banner

Oxşar Xəbərlər