AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Səhiyyə işçilərinə hər zamankından daha çox minnətdarıq

Səhiyyə işçilərinə hər zamankından daha çox minnətdarıq

Siyasət
07 Aprel 2020, 14:15 199
Bu il Ümumdünya Sağlamlıq Günü hamımız üçün çox çətin bir vaxta qeyd edilir.
Bu gün mən sağlamlığımızı qorumaq, təmin etmək üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mamalar, texniki işçilər, feldşerlər, təcili tibbi yardım işçiləri, əczaçlar, həkimlər, sürücülər, xadimələr, inzibatçılar və digərlərinə müraciət edirəm.
Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə ataraq gecə-gündüz çalışdığınıza görə sizlərə hər zamankından daha da çox minnətdarıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreşin Ümumdünya Sağlamlıq Günü ilə bağlı videomüraciətində deyilir
O, həmçinin bildirib: "2020-ci il beynəlxalq tibb bacısı və mamalar ilidir. Mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm.
Hamımızın tibb bacılarına və mamalara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz, təşəkkür etməyə əsaslarımız var. Bilirəm ki, bu belədir.
Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Travmatik işi müşayiət edən zədələnmə, yoluxma infeksiya və əqli sağlamlığa yük riskini gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt xəstələrə, insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər.
Mamalar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir. Çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Nəticədə yeni doğulmuş uşaqlar sağlam olaraq dünyaya gəlirlər.
Dünyanın bütün tibb bacılarına və mamalarına səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm.
Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik, arxalanırıq.
Sizinlə fəxr edirik, siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq.
Hər gün və hər yerdə etdiyiniz müsbət dəyişikliklərə görə təşəkkür edirik".