• cümə, 26 Aprel, 07:09
  • Baku Bakı 12°C

"Şəhidlər" məscidinə 2 axund və 2 imam təyin edildi

25.07.16 16:30 1167
"Şəhidlər" məscidinə 2 axund və 2 imam təyin edildi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə "Şəhidlər” məscidinə axund və imam təyin edib.

BubarədəAPA-yaAlllahşükür Paşazadə müsahibəsində bildirib.Təyin olunan din xadimləriƏyanətCəfərovvə MirzaidQənbərovimam,CavidKərimov və Gülağaİsmayılovisə axund vəzifəsini yerinə yetirəcəklər. Şeyxülislam bildirib ki, bəzi məsələlərmətbuatda düşzün şərh və təqdim olunmur: "Dini ayinlərin həyata keçirilməsi üçün axund və ya imam təyinatını qanuna görəQMİ həyata keçirir. Bu, başqa cür ola bilməz. Şəhidlər Xiyabanının ziyarətçilərinə xidmət etdiyi nəzərə alınaraq Dövlət Komitəsi bu məsciddə icmanın olmayacağı barədə açıqlama verdi. Lakin ziyarətçilərə dini xidmət göstərmək üçün QMİ Şəhidlər məscidinə axund və imam təyin etdik. Bakı Şəhər İcra Hakimiyyəti həmin məscidin təmir, bərpa məsələləri, mühafizəsi, yəni inzibati qaydada həyata keçiriləsi işlərini həyata keçirir. Bu, belə də olmalıdır”.
Qeyd edək ki, Bakıdakı Şəhidlərməscidi Türkiyənin Dini İşlər Vəqfi tərəfindən 1996-cı ildə tikilib. 2011-ci ildəDini Qurumlarla İş üzrə Dövlət Komitəsi"Şəhidlər” məscidinin fəaliyyətinin təmir məqsədilə dayandırıldığını açıqlayıb. Dövlət Komitəsinin ötən ay yaydığı açıqlamada bildirilib ki, məscidə təmir işlərinin tam yekunlaşmamasına baxmayaraq, ibadət evi fərdi ibadət edənlər üçün və protokol üçün açıqdır, lakin burada dini icma fəaliyyət göstərməyəcək. Məscidi Bakı Şəhər İcra Hakimiyyəti idarə edəcək.
banner

Oxşar Xəbərlər