• çərşənbə axşamı, 19 mart, 07:42
  • Baku Bakı 8°C

Salyanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb

26.09.17 19:03 1239
Salyanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevSalyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlıtədbirlər haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər