• cümə, 26 Aprel, 21:36
  • Baku Bakı 22°C

Rusiyaya məxsus texnikanın əsas hissəsi Qəbələ RLS-dən çıxarılıb

25.05.13 10:29 1545
Rusiyaya məxsus texnikanın əsas hissəsi Qəbələ RLS-dən çıxarılıb
Rusiyaya məxsus avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması bir neçə həftədən sonra başa çatacaq.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
Onun sözlərinə görə, texnikanın əsas hissəsi Qəbələ RLS-dən artıq çıxarılıb: “Qoşunlar da oradan çıxarılıb. Hazırda isə ikitərəfli sazişə əsasən Rusiyaya məxsus olan avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması prosesi gedir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu proses başa çatacaq”.
banner

Oxşar Xəbərlər