• cümə, 26 Aprel, 15:50
  • Baku Bakı 23°C

Rusiyalı hərbi ekspert: "Bakıda keçiriləcək Gerasimov-Pavel görüşü strateji məqsəd daşıyır"

07.09.17 16:10 930
Rusiyalı hərbi ekspert: "Bakıda keçiriləcək Gerasimov-Pavel görüşü strateji məqsəd daşıyır"
"Bakıda keçiriləcək Gerasimov-Pavel görüşü oyunun qaydalarının razılaşdırılması, gündəmdə olan məsələlərin müzakirəsi, bir-birinin mövqelərinin anlaşılması baxımından strateji məqsəd daşıyır". Bu sözləriAPA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi ekspert, "Komsomolskaya pravda” qəzetinin şərhçisi, istefada olan polkovnik Viktor Baranetsbu gün Bakıda keçiriləcək Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi vəNATOhərbi komitəsinin rəhbərinin görüşünü şərh edərkən deyib.
"Bildiyiniz kimi, son zamanlar Rusiya-ABŞ, Rusiya-NATOmünasibətləri dondurulmuş vəziyyətdədir. Bura təkcə diplomatik və siyasi deyil, həm də hərbi münasibətlər daxildir. Bu münasibətlər faktiki sovetlər dövründəkindən, soyuq müharibə vaxtındakından da pis vəziyyətdədir. Ona görə də, Gerasimov və Pavelin Bakı görüşü bu baxımdan strateji məqsəd daşıyır", - deyə V. Baranets vurğulayıb.
Bakı hərbi sahədə Rusiya-ABŞvəvəRusiya-NATOmünasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir
Onun sözlərinə görə, Bakıda keçiriləcək Rusiya-NATOgörüşündə çoxsaylı məsələlər müzakirə olunacaq: "Bunlar sözsüz ki, Rusiya-NATOmünasibətləri, Şərqi AvropadaNATO-nunhavahücumundan müdafiə sistemi yerləşdirməsi, Şimali Koreyanın nüvə problemi, ABŞ-ın Cənubi Koreyadahavahücumundan müdafiə sistemi yerləşdirməsi,Suriyamünaqişəsi, Ukrayna böhranı, Rusiya-NATO, hərbi sahədə Rusiya-ABŞ əməkdaşlığı məsələləridir. Gündəmdə olan məsələlər həddən artıq çoxdur".
V. Baranets son vaxtlar Rusiya və ABŞ, Rusiya vəNATOgenerallarının görüşlərinin məhz Bakıda keçirilməsi məsələsinə də toxunub. O bu ilin əvvəlində Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin görüşünün keçirildiyini xatırladıb: "Belə görüşlərin Azərbaycan paytaxtında keçilməsi belə qənaətə gəlməyə əsas verir ki, Bakı hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATOmünasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir. Bu, birinci məqamdır. İkinci məqam isə Bakının dünya miqyasında strateji mövqedə yerləşməsidir. Bu regionda həm Rusiyanın, həm də ABŞ-ın strateji maraqları var. Təbii olaraq, bu strateji regionda - nəzərə alsaq ki,SuriyaBakıya çox da uzaq deyil - Rusiya və ABŞ Yaxın Şərqdəki oyunun qaydalarını müəyyən etməlidir. Ona görə ki, biz dəfələrlə Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın vəSuriyahökumət qüvvələrini dəstəkləyən Rusiya Hərbi Kosmik Qüvvələrinin necə fəaliyyət göstərdiklərini demişik. Biz dəfələrlə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın terrorçulara qarşı Suriyada vahid cəbhədə mübarizə aparmasını təklif etmişik. Lakin heç bir cavab almamışıq. İndi isə Suriyada terrora qarşı mübarizədə mühüm mərhələ yaşanır. İŞİD-in ikinci paytaxtı hesab edilən Deyr-Ez-Zor bölgəsində həlledici döyüşlər gedir.Suriyaordusu Rusiyanın köməyi ilə artıq şəhərin mühasirəsini yarıb. Bildiyiniz kimi, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda İŞİD-a qarşı mübarizə aparır. Ordan qaçan terrorçular isə Suriyaya axın edirlər. ABŞ-ın bu fəaliyyəti İraqdakı terrorçuların Suriyada cəmləşməsinə səbəb olur. Ona görə də bu məsələdə razılığa gəlmək lazımdır. Elə etmək lazımdır ki, terrorçulara qarşı mübarizədəSuriyaordusuna, Rusiyaya və ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya ziyan gəlməsin.
Bakı görüşü Rusiya və ABŞ-ın Yaxın Şərq regionunda gələcək fəaliyyətini müəyyən edəcək
Üçüncü vacib məqam isə Bakı görüşünun Rusiya və ABŞ-ın Yaxın Şərq regionunda bundan sonrakı fəaliyyətini müəyyən etməsidir. Bu görüşdə təkcə söhbət Suriyadan getməyəcək. Müzakirə olunacaq məsələlərdən biri də İsrailin Suriyaya zərbə endirməsidir. İsrail faktorunuSuriyamünaqişəsində nəzərə almamaq qeyri-mümkündür. İsrailin ABŞ-ın diktəsi ilə hərəkət etdiyini bilirik. Anlamaq istəyirik ki, İsrail Suriyaya zərbə endirməklə nəyə nail olmaq istəyir? Çünki İsrailinSuriyamünaqişəsinə daxil olmağı mövcud vəziyyəti daha da gərginləşdirəcək.Suriyaordusu İsrailə cavab verməyə məcbur olacaq. İsrail Suriyanı bu yolla təxribata çəkir. İstəyir ki,Suriyaona layiqli cavab versin. Bu məsələ Gerasimov-Pavel arasında keçiriləcək Bakı görüşünün əsas müzakirə mövzularından biridir".
GenerallarDağlıq Qarabağ münaqişəsinidə müzakirə edəcəklər
Rusiyalı hərbi ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Rusiya vəNATOgenerallarının görüşündə müzakirə olunub-olunmayacağına da münasibət bildirib: "Hesab edirəm ki, görüş Bakıda keçirildiyindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də qaldırılacaq".
V. Baranets rəsmi İrəvanın Rusiya ilə Qərb arasında ikili oyun oynamasını da şərh edib: "Rusiya Ermənistanı hərbi və müdafiə sahəsində müdafiə etməsinə baxmayaraq, son vaxtlar erməni generallar və siyasətçilər Ağ Evdən və Pentaqondan mədət umurlar, silahlar almaq üçün pul istəyirlər. Ermənistan ikitərəfli oyun oynayır, iki stulda oturmağa cəhd edir".
banner

Oxşar Xəbərlər