• cümə, 26 Aprel, 22:44
  • Baku Bakı 22°C

Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək

24.01.17 15:15 1153
Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək
Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
Dövlət Duması 2017-ci il üçün federal büdcənin qəbulundan sonra beynəlxalq səfərlər planına düzəlişlər edib.
Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski 2017-ci il üçün parlamentlərarası əməkdaşlıq prioritetlərininMDBvə BRİKS ölkələri olacağını söyləyib.
DumanınMDBölkələri ilə iş üzrə komitəsinin sədri Leonid KalaşnikovMDBxətti ilə keçiriləcək tədbirlərin artdığını bildirib.
O, Dövlət Dumasının 2017-ci ildə Azərbaycan və Qırğızıstanda birgə iclaslar keçirəcəyini söyləyib.
banner

Oxşar Xəbərlər