Rufiz Qonaqov: “Azərbaycan “İslam Həmrəyliyi İli”ndə barışdırıcı qüvvə olduğunu bir daha sübut edəcək”
Prezident
İlham Əliyev tərəfindən 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan
edilib. Bəzi Qərb ölkələrində islamafobiya
meyllərinin gücləndiyi, müsəlman ölkələrində çaxnaşmaların şiddətləndiyi bir
dönəmdə Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi
olduqca maraqlı görünür.
Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov hesab
edir ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsinə dünya
miqyasında pozitiv yanaşma var. Bununla
bağlı prezidentin imzaladığı sərəncamda da qeyd olunur ki, Azərbaycan
uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub.
Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının
bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk
vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.
Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında ənənələr
yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda
onların sayı 2000-i ötüb keçib. 300-dən çox məscid tarixi-mədəni abidə kimi
qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son
illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir,
Əjdərbəy, Şamaxı Cümə məscidləri vəGəncəşəhərindəki
"İmamzadə” kompleksi əsaslı şəkildə təmir olunub. Cənubi Qafqazın ən möhtəşəm
məbədi Heydər məscidi məhz Bakıda inşa edilib. Azərbaycan İslam Əməkdaşlıq
Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər
mötəbər qurumların üzvüdür. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı
şəhərində keçirilməsi də məhz bu sərəncamın nə qədər yerində imzalandığını
göstərir”.
Rufiz
Qonaqova görə, 2017-ci ilin
ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın bütün dünyada barışdıcı
qüvvəyə çevrilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan dünyada
modern müsəlman ölkəsi kimi tanınır. Azərbaycandakı multikulturalizm ənənələri,
digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün
dünyanın diqqətini cəlb edir. İslam həmrəyliyi Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün də vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ
münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər”.
Rufiz Qonaqov hesab edir ki, Azərbaycanda ötən
il "Multikulturalizm İli” elan edilmişdi və bir çox layihələr həyata keçirildi:
"Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət
əsasında qarşılamaq qabiliyyətini dünyaya nümayiş etdirdi. Düşünürəm ki, "İslam
Həmrəyliyi İli”ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq”.