AZE | RUS | ENG |


Reks Tillerson: ABŞ İraqın Kürdüstan regional vilayətində keçirilən referendumu tanımır

Reks Tillerson: ABŞ İraqın Kürdüstan regional vilayətində keçirilən referendumu tanımır
Amerika Birləşmiş Ştatları İraqın Kürdüstan regional vilayətində keçirilən referendumu və onun nəticələrini tanımır və bütöv İraqı dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillersonun bəyanatında bildirilir.

O qeyd edib ki, ABŞ referendumdan yarana biləcək mənfi nəticələrdən narahatdır. Tillerson referendumun qanuna zidd olduğunu da önə çəkib. "ABŞ bütün tərəfləri, həmçinin İraqın qonşu ölkələrini birtərəfli addımlardan və güc tətbiq etməkdən çəkinməyə çağırır”, - deyə bəyanatda qeyd olunur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN