• cümə, 26 Aprel, 16:44
  • Baku Bakı 23°C

Regionda çoxşaxəli əməkdaşlığın dərinləşməsində strateji amil

21.09.20 15:15 476
Regionda çoxşaxəli əməkdaşlığın dərinləşməsində strateji amil
Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Nurlan Qələndərli bildirib.
Politoloq diqqətə çatdırıb ki, Azərbaycanın müstəqil strateji kursunun çox mühüm istiqamətlərindən birini enerji siyasəti təşkil edir. Müstəqillik dövründə milli sərvətlərimizin xalqımızın maraqlarına yönəldilməsi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanaraq mühüm zirvələr fəth etməyə nail olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası həm Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyasını, ikitərəfli, çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib, həm də ölkəmizin sosial-iqtisadi yüksəlişinə mühüm töhfələr verib. "Əsrin müqaviləsi”ndən sonra bir çox ölkənin müxtəlif neft şirkətləri ilə sazişlərin imzalanması, yeni neft kəmərlərinin istifadəyə verilməsi bu kontekstdə çox mühüm strateji əhəmiyyətə malikdir. 2014-cü ildə yeni sazişin imzalanması ilə "Əsrin müqaviləsi”nin müddətinin 2049-cu ilə qədər uzadılması, beləliklə, böyük ehtiyatlara malik "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının işlənilməsində yeni dönəmə start verilməsi isə Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq platformasının, həmçinin həyata keçirilən enerji strategiyasının səmərəliliyini əks etdirir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də indi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir.
Politoloq qeyd edib ki, ötən müddət ərzində rasional və çoxvektorlu xarici siyasət kursunun tərkib hissəsi olan praqmatik enerji strategiyasının milli maraqlara və müasir qlobal çağırışlara uyğun icra olunması nəticəsində Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayır. Ölkəmiz enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - şaxələndirilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Eyni zamanda, ölkəmizin praqmatik enerji siyasəti regionda çoxşaxəli əməkdaşlığın dərinləşməsində strateji amil kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli əməkdaşlığın səmərəli nəticələridir.
Hazırda Azərbaycanın neft-qaz layihələrinin uğurla icra edildiyini vurğulayan Nurlan Qələndərli söyləyib ki, ümumiyyətlə, "Əsrin müqaviləsi” ilə start verilən transmilli enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini, XX əsrdə geostrateji cazibə mərkəzlərindən biri olan Cənubi Qafqazın yeni yüzillikdə Avrasiyanın "heartland”ına çevrilməsini, Azərbaycanın isə müstəqil dövlət olaraq regional güc mərkəzi kimi çıxış etməsini şərtləndirib. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli enerji layihələrinin uğurla icra olunması bundan sonra da respublikamıza mühüm siyasi-iqtisadi dividendlər gətirəcək.
banner

Oxşar Xəbərlər