• cümə, 26 Aprel, 23:24
  • Baku Bakı 22°C

Razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb

01.09.20 13:07 2686
Razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb.
Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib.
O bildirib ki, Rusiya müxtəlif münaqişələrin tənzimlənməsi üçün şərtlərin yaradılması üzrə beynəlxalq səylərdə iştirak edir:"Bu, Dağlıq Qarabağ məsələsinə də aiddir. Bu məsələnin baxılması üçün ATƏT Minsk qrupu təsis edilib və onun həmsədrləri Rusiya, ABŞ və Fransadır. Qrupa həm də digər ölkələr, o cümlədən Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir. Amma bu qrupun qərarı ilə həmsədr ölkələr – Rusiya, ABŞ və Fransaya tərəflərin ümumi qəbul olunan razılaşma əldə edə biləcəkləri mühiti yaratmaq üçün gündəlik iş səlahiyyətləri verilib. Biz problemin həlli üçün ssenarilər yazmırıq, biz onların öz aralarında danışa bilməsi üçün şərait yaradırıq. Son 18 il ərzində tərəflər arasında ilk sənədlər hazırlanıb. Az iş görülməyib. Burada BMT Nizamnaməsinin prinsiplərini, Helsinki yekun aktının prinsiplərini də əks etdirən prinsiplər formalaşdırılıb. Həmçinin, tənzimlənmənin baş tutması üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb”.
S.Lavrov qeyd edib ki, son dövrlər ərzində bir neçə insident baş verib və bu, gərginliyi ciddi şəkildə artırıb, həmsədrlərin düzgün mühitin formalaşmasına yönələn müsbət roluna kömək etməyib.
Nazir bildirib ki,Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sənədlərdə ədaləti təmin etməyə imkan verəcək məqam var. Onun sözlərinə görə,bu məsələdə ümumi xətt 18 il ərzində hazırlanmış sənədlər kompleksinə əsaslanır:"”Madrid prinsipləri” var, gələcək iş üçün tərəflərin razılıq verdiyi sənədlərin yenilənmiş versiyaları var. Bu sənədlər ATƏT katibliyində toplanıb. Bəyanatlar səslənir ki, bu sənədlərdən imtina etmək və yeni səhifədən başlamaq və hətta hansısa "B” planını işə salmaq lazımdır. Hesab edirik ki, bu böyük səhv olar və əminik ki, bu illər ərzində hazırlanmış təkliflər gələcək səylərimizin əsasında dayansın. Mən nəyin razılaşdırılması barədə təfərrüatları deməyəcəyəm, bu, işin kifayət qədər məxfi hissəsidir. Amma sizi əmin edə bilərəm ki, orada həm azərbaycanlı, həm də erməni tərəfi üçün ədaləti təmin etməyə imkan verəcək məqam var”.
Trend
banner

Oxşar Xəbərlər